Müəllim “Son zəng” zamanı öldü

14 İyun 2018 16:37 (UTC+04:00)

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.