Masallı rayonunda “Son zəng” tədbirləri keçirilmişdir

14 İyun 2018 16:49 (UTC+04:00)

Masallı rayonunun bütün məktəblərində ənənəvi «Son zəng» tədbirləri qeyd olunmuşdur.
Məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar «Son zəng» bayramının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni etmişlər. Belə tədbirlərdən biri də Şatıroba ümumi orta  məktəbində keçirilmişdir.
Qeyd edək ki, «Son zəng» tədbirinin keçirildiyi Şatıroba ümumi orta məktəbi  10 may 2017-ci ildə tikilib istifadəyə verilmişdir.  Məktəb  bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bu il məktəbi 16 nəfər doqquzincu sinif şagirdi bitirir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxışında qeyd etdi ki, Azərbaycan təhsilinin inkişafında ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondu tölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse – Prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir.Bu, Masallının timsalında da görünür. 
İcra başçısı məktəbin 9-cu sinfini bitirən şagirdlərə uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
Tədbirdə Şatıroba ümumi orta  məktəbinin direktoru Ülviyyə Səfərova çıxış edərək  rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən söz açmış, cari tədris ilində fərqlənən şagirdləri xüsusi qeyd etmişdir. O, 9-cu sinif şagirdlərinin hamısının gələcəkdə yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu bildirmişdir. Azərbaycan təhsilinin inkişafından, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi.
Məktəbin nformatika müəllimi Elvira Bayramova, sinif rəhbəri Tural Nuriyev kollektivin uğurlarını qeyd etdilər.Çıxışçılar bildirmişlər ki, bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni-yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir. 
“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar da məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.
Əlihüseyn Şükürov.