NATO eskpertləri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb

10 Aprel 2013 17:15 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun Mövqe.az-a verdiyi məlumata görə, Planlaşdırma və Analiz Prosesinin (PAP) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının ekspert qrupu ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında işçi görüşü başlayıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın, PAP və FTƏP proqramları çərçivəsində məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə müzakirələr aparılır.