Şəkidə "Ford" yanıb

19 İyun 2018 20:56 (UTC+04:00)

Şəki rayonunda avtomobil yanıb.

Movqe.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Qayabaşı kəndində "Ford" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 0,8 ton ot bağlaması yanıb. 

 

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.