Lerik sakini göldə batıb - YENİLƏNİB

20 İyun 2018 14:49 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Lerik sakininin göldə batması barədə məlumat yayıb.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

 

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.