Məmmədyarov Belarusa gedir

20 İyun 2018 16:21 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəkdir.
XİN-dən Movqe.az-a verilən xəbərə görə, tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.