Doğuşdan sonra çıxan saqqallarıyla imic yaratdı

10 Aprel 2013 19:39 (UTC+04:00)

49 yaşlı alman Mariamın 28 il əvvəl etdiyi doğuşdan sonra saqqalları çıxmağa başlayıb. Movqe.Az-ın məlumatına görə, düşdüyü vəziyyətdən əvvəl narahat olan Mariam, sonra saqqallarına öyrəşdiyini söyləyib. Familiyasını açıqlamayan və "The Bearded Lady" (Saqqallı Qadın) olaraq xatırlanan Mariam, ingilis mediasının marağını çəkib. "The Sun" qəzetində yer alan  xəbərə görə Mariam, "Bu halımla özümü daha cazibədar hiss edirəm" deyib.