Əkrəm Əylislinin “Daş yuxular”ı erməni dilində
11 Aprel 2013 11:01 (UTC+04:00)
Azərbaycanlı yazıçı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" əsəri
Ermənistanda çap edilib. Movqe.az-ın erməni mətbuatına istinadla
verdiyi məlumata görə, kitab "York" nəşriyyatında çap edilib.
Əsərin tərcüməçisi Leonid Zilfuqaryanın "Azadlıq" radiosunun erməni
xidmətinə verdiyi məlumata görə, sadəcə tolerantlığa çağırış olan
əsər Azərbaycanda belə səs-küy yaradıb. "Bu kitaba,Ermənistanda
olan maraq Azərbaycanda qaldırılan səs-küyə bərabərdir. Roman
misilsizdir. Ona görə yox ki, Azərbaycanda bu məsələlər heç vaxt
qaldırılmayıb, ona görə ki, bu məsələni bu səviyyədə, məşhurluq
pilləsində olan belə yazıçı qaldırıb".
Tərcüməçinin fikrincə, kitabdakı ən uğurlu yerlər müəllifin
doğulduğu məkana- Əylisə- Aqulisə aid olan hissələrdir.
Xatırladaq ki, Azərbaycanda böyük rezonasa səbəb olan Əkrəm
Əylislinin "Daş yuxular" romanı ötən il Moskvada "Drujba narodov"
jurnalında nəşr edilib.