Elşad Xose sevgilisinin fotosunu paylaşdı

25 İyun 2018 18:14 (UTC+04:00)

Bir müddət əvvəl rəqqasə Oksana Rəsulova ilə qalmaqallı şəkildə boşanan reper Elşad Xose yeni münasibətə başlayıb.

Movqe.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 38 yaşlı ifaçı instaqram səhifəsində sevgilisinin fotosunu izləyiciləri ilə bölüşüb. Xose paylaşıma “Bir-birimizə yaraşmamaq bizə yaraşmaz” şərhini yazıb.

Daha sonra izləyicilər ona təbrik mesajları yazmağa başlayıblar. Elşad isə hər kəsə təşəkkürünü bildirib.