30 yaş cavanlaşdıran peyvənd

30 Aprel 2012 16:22 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Elm adamları, insanın gənclik yuxusunun şifrələrini yenə insanın bədənində axtarırlar. Bədəndən çıxarılan antioksidan təsirli "glutatyon" ilə aparılan müalicə beyin xəstəliklərinin dayandırılmasına səbəb olur.

İdman edin, siqareti atın, spirtli içkiləri azaldın, yaxşı bəslənin... Beyni gənc tuta bilmək üçün elm adamları bunları təklif edərkən, hüceyrələrin canlılığı üçün də axtarışlarını davam etdirir. ABŞ-dakı gənclik klinikalarına gedən yüzlərlə adam hormon və bədəndəki antioksidanların iştirak etdiyi müalicələrlə beyin yaşını kiçildir.

Beyin və Sinir Xəstəlikləri üzrə ekspert Dos. Dr. Sərdar Dağ, Türkiyədə də tətbiq olunan bu müalicə üsullarının gec yaşlanmağı və beyin xəstəliklərindən qaynaqlanan problemlərdən uzaqlaşmağı təmin etdiyini ifadə edib.

Ekspertlərə görə 70 yaşındakı bir adam sağlamlığına diqqət göstərsə və bir az da elmdən kömək alsa,onun beyin sağlamlığı 40 yaşındakı bir insan kimi ola bilər.

Sərdar Dağ, burada insanın genetik xüsusiyyətinin ekoloji şərtlərdə də əhəmiyyətli olduğunu vurğulayıb.


Ziba Yusifova

Movqe.az