Biri sahilə çıxdı, digəri isə itkin düşdü

11 Aprel 2013 14:23 (UTC+04:00)

Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, 11 aprel 2013-cü il tarixinə keçən gecə 2 nəfər Masallı rayonu, Qızılağac kəndi ərazisindən qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib. Qayıqda olan 1979-cü il təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev isə, itkin düşüb. 


Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən E.Allahverdiyevin axtarışları aparılır. Əlavə məlumat veriləcək.