Asamoanın yeni klubu müəyyənləşdi

3 İyul 2018 11:45 (UTC+04:00)

İnter yarımmüdafiəçi Kvadvo Asamoa ilə müqavilə imzalayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, qanalı futbolçu ilə saziş 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.

Asamoa İnter-ə azad agent statusunda keçib. 29 yaşlı xavbek 2012-ci ildən Juventus-unun rənglərini qoruyub və ötən mövsümün sonunda komandanı tərk edib.

Asamoa Juventus-n heyətində 6 dəfə A Seriyasının qalibi olub, 3 dəfə İtaliya Superkuboku və 4 dəfə ölkə Kubokunu qazanıb.