Sumqayıt Qarabağ-ın futbolçusunu transfer etdi

3 İyul 2018 15:23 (UTC+04:00)
2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə anlaşıb.Movqe.az goal.az-a istinadən xəbər verir ki, U-21 millimizin üzvü Dmitri Nağıyevlə 1 illik müqavilə imzalanıb. Nağıyev komandamızda 33 nömrəli formanı geyinəcək.
2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin U-21 millimizin də (2015-2016, 2 oyun) şərəfini qoruyub.