İsmət Abasovun yaşı 71-ə çatmış şöbə müdirlərini təqaüdə göndərəcəyi tarix məlum oldu
11 Aprel 2013 16:15 (UTC+04:00)
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik məhsullarının
istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi
şöbəsinin müdiri Sabir Vəliyev və nazirliyin Heyvandarlıq, Damazlıq
işi və Otlaqlar Baş Idarəsinin rəisi Çingiz Fərəcov bu ilin
sentyabr ayının 17-də "Dövlət qulluğu haqqında" Qanunun
tələbi ilə təqaüdə göndəriləcəklər. Movqe.az-a bu məlumat
nazirlikdə etibarlı mənbədən daxil olub. Mənbənin veridyi məlumata
görə, hər iki şöbə müdirinin 71 yaşı olsa da, ehtiyac duyulduğu
üçün işdə saxlanılıb. S. Vəliyev 2003-cü ilin sentyabr ayından, Ç.
Fərəcov isə 1997-ci ildən KTN-da çalışır.
Kənd təsərrüfatı naziri İsmət Abasov hər iki şöbə müdirinin
yaş müddətini "Dövlət qulluğu haqqında" Qanununda nəzərdə tutulan
təsnifata uyğun olaraq- elm, mədəniyyət, səhiyyə, təhsil sahəsinin
inkişafinda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş – xüsusi xidməti olmuş, dövlət büdcəsindən maliyyələşən
müəssisədə 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət
orqanı tərəfindən, bu qanunun 10-cu maddəsinin 1.2-ci bəndində
nəzərdə tutulmuş qaydaya uzadıb. Nazirlikdəki mənbədən verilən
məlimata görə, hər iki şöbə müdiri üçün bu müddət bu ilin sentyabr
ayının 17-də tamam olur.
İ. Abasov qanundakı bu imkandan növbəti
nazirliyin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri – Rafiq Məcidov
üçün istifadə edəcək. Qeyd edək ki, R. Məcidovun 63 yaşı var.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Dövlət qulluğu
haqqında" qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda
çalışanların yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında
yaşı 65-i doldurmuş işçilərin siyahısı hazırlanmalı, bu yaşa
çatanlar təqaüdə göndərilməlidirlər.