Görkəmli kino aktyoru Şahmar Ələkbərovun xatirəsi anılacaq

9 İyul 2018 18:00 (UTC+04:00)

İyulun 17-də görkəmli kino aktyoru və kinorejissor Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən tədbir keçiriləcək.

Dövlət Film Fondunun mətbuat katibi Rəşad Qasımov AZƏRTAC-a bildirib ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Muzey Mərkəzində reallaşacaq.

Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılacaq, kino sahəsinin inkişafındakı xidmətlərindən danışılacaq.