Görkəmli kino aktyoru Şahmar Ələkbərovun xatirəsi anılacaq

10 İyul 2018 10:45 (UTC+04:00)

İyulun 17-də görkəmli kino aktyoru və kinorejissor Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən tədbir keçiriləcək.

Bu barədə Movqe.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Muzey Mərkəzində reallaşacaq.

Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılacaq, kino sahəsinin inkişafındakı xidmətlərindən danışılacaq.