Kənd Təsərrüfatı Nazirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə yeni layihənin icrasına başlayır

10 İyul 2018 11:23 (UTC+04:00)

Sabah Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında Anlaşma Memorandumu imzalanacaq.
Movqe.az nazirliyə istinadən xəbər verir ki, sənədlə yeni layihənin və 3 illik növbəti əməkdaşlığın əsası qoyulacaq.