Fransada qorxulu virus aşkar olundu - Usutu

10 İyul 2018 14:23 (UTC+04:00)

Fransada ilk dəfə "Usutu" virusu ilə yoluxma halı qeydə alınıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, 30 yaşlı şəxs üz sinirinin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Usutu" virusu ilk dəfə 1959-cu ildə Afrikada heyvanlar üzərində aşkar edilib. Bu virus insana xəstə quşlardan ağcaqanad vasitəsilə keçir və sinir sistemini zədələyir.

 

Bu günə kimi virusun insandan insana keçməsi müəyyən olunmayıb.