BDU-də Ümumimilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Şahmat çempionatına start verildi

11 Aprel 2013 18:52 (UTC+04:00)

 Bu gün Bakı Dövlət Universitetində (BDU)  Ümumimilli Lider Heydər Əliyevin 90 illik yubileyi  münasibəti ilə BDU-nun müəllim və professor heyəti arasında təşkil olunan Şahmat çempionatına  start verildi.  Movqe.az-ın məlumatına görə, bu çempionatda 17 fakultədən 30 nəfər müəllim və professor seçilərək yarışmaya qatılıb. Yarış BDU-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya elmləri namizədi, dosent Fikrət Şiriyevin  təşəbbüsü ilə həyata  keçrilib.  Tədbiri giriş sözü ilə açan  BDU –nun rektoru  Abel Məhərrəmov bildirdi  ki, bu oyunun Azərbaycanda formalaşması, milli zəmində genişlənməsi  ümumimilli liderimizin adıyla  bağlıdır: "Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham Əliyev də bu  siyasəti  uğurla  davam etdirir. Dünyanın 175 ölkəsində bu şahmat yarışları keçirilir. Amma heç bir  ölkədə  bu intellektual oyuna  Azərbaycanda olduğu qədər, diqqət yetirilmir. Buna görə də, Azərbaycan  şahmatçilarinin 3-ü artıq  dünyanın 20 güclü  şahmatçıları  arasınada  yer tutub. Bu da  Azərbaycan respublikasının Şahmat Federasiyasının böyük uğurları  və  böyük  əziyyətləri deməkdir".

A. Məhərrəmov  yarışa start verildiyini açıq elan etdi. Bir  ay davam edəcək  bu yarışmaya mükafat da veriləcəyini  qeyd etdi. Belə ki, 1-ci yer 300 manat, 2- ci yer 200 manat, 3 –cü yeri tutan yarışmaçı 100 manat pul mükafatı ilə  təltif olunacaq. Yarışmaya  şahmat üzrə Azərbaycan milli yığmasının baş məşqçisi Fikrət Südеyfzadə nəzarət edir.

Тədbirdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, sədr müavinləri  Tağı Əhmədov və Rasim Nəbiyev, Şahmat Federasiyasının beynəlxalq qrossmeysteri, BDU-in məzunu  Aynur Sofiyeva da iştirak edirdi.