Bakıda "Jeep" gənc qızı vurub qaçdı

12 İyul 2018 09:59 (UTC+04:00)

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

 

Movqe.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.

 

 

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.