Bakıda qadını şəkilləri ilə şantaj etdilər: 70 min dollar tələbi

12 İyul 2018 12:38 (UTC+04:00)

Bakıda qadını şantaj edən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir qadını şəkillərini internetdə yayacağı ilə hədələyib 70 min dollar pul tələb edən Bakı şəhər sakini Osman İsgəndərov saxlanılıb.