Azərbaycanda toxumçuluqla bağlı 3 zavod istifadəyə veriləcək

12 İyul 2018 15:11 (UTC+04:00)

"Bu il Azərbaycanda 2 toxumtəmizləmə zavodunun istifadəyə verilməsi planlaşdırılır". 
Movqe.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib. 
Onun sözlərinə görə, zavodlarındakı işlərin 60-70%-i artıq görülüb. 
"Həmin zavodlardan biri Xaçmazda, digəri isə Şəkidə yerləşir. Beynəlxalq təcrübə əsasında qurulan həmin zavodlar toxumçuluğun inkişafına müsbət təsir edəcək. Dövlət büdcəsindən daha 3 zavodun tikintisi üçün vəsait ayrılıb", - deyə M.Əliyev qeyd edib. 
Bundan başqa, nazirlik təsmsinin sözlərinə görə, ölkədə tərəvəz toxumlarının istehsalı və emalı üçün də zavod tikilir: "Bu zavodun da ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub".