Şabranda çətənə kolları aşkarlanıb

12 İyul 2018 15:59 (UTC+04:00)

Şabranda çətənə kolları aşkarlanıb.

 

DİN-dən verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəlal Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 10,120 qram marixuana aşkar edilərək götürülüb.