Bakının məşhur otelində müştərinin pulları oğurlandı

12 İyul 2018 16:11 (UTC+04:00)

Bakıda məşhur oteldə müştərinin pulları oğurlanıb.

Movqe.az report-a istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən "Excelsior" otelində turist kimi qalan Pakistan vətəndaşı Abdul Haq Akbar 18-ci Polis Şöbəsinə məlumat verərək oteldə 700 dollar və 70 manat pulunun oğurlandığını bildirib.