Günəş tutulması başladı

13 İyul 2018 09:22 (UTC+04:00)

Bu gün 2018-ci ilin ikinci Günəş tutulması hadisəsi artıq başlayıb.

Movqe.az xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 05:48-də başlayan Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq.

 

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.