Səfir: Türkiyə Gəncədə cinayət törədənlərin cəzalandırılması üçün lazım olan yardımı edəcək

13 İyul 2018 15:52 (UTC+04:00)

Türkiyə Azərbaycan əleyhinə yönələn hər bir təhdidə qarşı çıxır.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Gəncədə baş verən hadisələrdən təəssüfləndiyini deyən səfir əlavə edib ki, terrora qarşı aparılan mübarizədə Türkiyə sonadək Azərbaycanın yanında olacaq.

 

E.Özoral bildirib ki, Gəncədə cinayət törədənlərin cəzalandırılması Türkiyə tərəfinin də gözləntiləridir və bunun üçün lazım olan yardımı edəcək.

Diplomat onu da qeyd edib ki, Naxçıvanın da hər zaman güclü olması Türkiyənin marağındadır. Bunun üçün Türkiyə lazım olan yardımı göstərir.