Gəncə hadisələrində həlak olmuş polis zabitləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər

13 İyul 2018 16:18 (UTC+04:00)

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra)