Rostov-un futbolçusu millinin toplanışına qatıldı

13 İyul 2018 17:05 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, Rusiyanın Rostov klubunda çıxış edən Elvin Talıbov komandaya qoşulub. U-19 yığmamız iyulun 5-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirir. Hazırlıq prosesi iyulun 27-dək davam edəcək.