FİFA ingilislərə qarşı intizam işi açıb

13 İyul 2018 18:00 (UTC+04:00)

FİFA İngiltərə Futbol Assosiasiyasına qarşı intizam işi açıb.Movqe.az goal.az-a istinadən xəbər verir ki, FİFA ingilis azarkeşlərin DÇ-2018-in yarımfinalında Xorvatiya ilə keçirilən oyunda davranışlarını araşdırır. İngilis azarkeşlər özündə irqi ayrı-seçkiliyi əhatə edən hərəkətlərə yol verməkdə şübhəli bilinir.

FİFA rəsmisi mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib:

“Təsdiq edirik ki, ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verməsi ilə bağlı bizə hesabat daxil olub. İngiltərə Futbol Assosiasiyasına qarşı iş açılıb”.

İngiltərə yarımfinalda Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.