Şanlı tariximiz

14 İyul 2018 11:40 (UTC+04:00)
Masallı şəhər Heydər Əliyev Mərkəzində rayon mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti ili” ilə əlaqədar “100 illik şanlı tarix” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadiyev respublika Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin önəmli addım kimi səciyyələndirib.
AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vasif Qafarov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla və başqaları cümhuriyyətin qurulması və milli dövlətçiliyin bərqərar edilməsinin xalqımızın suverenliyinin təmin olunmasında, milli ideologiya və tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Əlihüseyn Şükürov.