Tovuz sakini kimyəvi maddədən zəhərləndi

15 İyul 2018 14:42 (UTC+04:00)

Tovuzda zəhərlənmə olub.

Movqe.az APA-ya istinadən bildirir ki, rayonun Aşağı Quşçu kənd sakini 1988-ci iıl təvəllüdıü Gülnarə İsmayılova zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

G. İsmayılovaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həşərat əleyhinə istifadə olunan kimyəvi maddə içərək zəhərlənib.