"Riyad" Ticarət Mərkəzində yanğın - Xəsarət alanlar var - YENİLƏNİB

15 İyul 2018 17:12 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "Riyad" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Movqe.az report.az-a istinadən bildirir ki, məlumatda bildirilir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.