Eldar Əzizov Bakı meriyasına gətirildi

16 İyul 2018 17:12 (UTC+04:00)

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Movqe.az bildirir ki, bu barədə Trend-ə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O təsdiq edib ki, E.Əzizov birinci müavin təyin edilib: "Eldar Əzizov birinci müavin təyin edilib və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edir".

 

Qeyd edək ki, E.Əzizov bundan əvvəl Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.