Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub

17 İyul 2018 14:16 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.