Xalq artistinin səhhəti pisləşdi: "Bədənimə su yığılıb"

17 İyul 2018 15:29 (UTC+04:00)

Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbovun səhhəti pisləşib.

Movqe.Az bildirir ki, yenicag.az-a açıqlama verən bəstəkar ürəyində problemlər yaşandığını və hazırda həkim nəzarəti altında müalicə olunduğunu bildirib:

"Ayağım şişib, bədənimə su yığılıb. Müalicələrdən sonra ayağımdakı şiş bir az çəkilmişdi, lakin yenidən problemlər baş qaldırdı. Yenidən eyni problemi yaşayıram. Vəziyyətim yaxşı deyil. Müalicə olunuram, dava-dərman da kömək eləmir. Uzun müddət oturaq həyat tərzim məni bu vəziyyətə gətirib çıxardı".