Bakıda gənc oğlanı maşın vurub - FOTO

18 İyul 2018 09:15 (UTC+04:00)

Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Movqe.az “Report"a istinadən bildirir ki, hadisə yeraltı piyada keçidinin üstündə baş verib.

Belə ki, hava limanı istiqamətində hərəkətdə olan 90-TT-756 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş yerdən yolu qəfil keçən 16 yaşlı Aqşin İslamovu vurub. A.İslamov avtomobilin yan güzgüsünə və qapısına çırpılıb.