Xəzər rayonunda üçmərtəbəli evin 1-ci mərtəbəsi yandı

18 İyul 2018 09:37 (UTC+04:00)

Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb.

Movqe.az-a  FHN-dən verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 450 m² olan üçmərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın döşəməsi 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.