Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb

18 İyul 2018 10:35 (UTC+04:00)

Bakıda qadın qohumu tərəfindən qətlə yetirilib.

Movqe.az-ın report-a istinadən xəbərinə görə, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Araşdırma zamanı onun qaynı oğlu 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub.

R.Hüseynov saxlanılıb.

İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində öldürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.