Azərbaycanlı teleaparıcı ciddi evlilik təklifi ilə üz-üzə - FOTOSESSİYA
12 Aprel 2013 14:43 (UTC+04:00)
Milli.Az-ın məlumatına görə Space TV-də yayımlanan "Plyus-Minus"
maqazin verilişinin populyar siması Günel
Hümbətova çox yaxın vaxtlardaərə gedə bilər.
Əməkdaşımızla söhbətində ciddi evlilik təklifi aldığını təsdiqləyən
Günel ağ gəlinlik geyinməsi üçün bəzi maneələrin olduğunu da
gizlətmədi: "Artıq neçə vaxtdır ciddi evlilik təklifi almışam.
Məni özünə həyat yoldaşı seçmək istəyən şəxsin adını açıqlamaq
istəmirəm, çünki şou-biznesdən çox uzaq biridir. Lap dəqiqi iş
adamıdır. Onun sevgi hissinə hörmətlə yanaşsam da, ürəkdən "hə"
cavabını verə bilmirəm.
Səbəb irəli sürdüyü bəzi qadağalardır. O, mənim efirdən
uzaqlaşmağımı istəyir. Karyeramın bu dönəmində sevdiyim sənətdən
uzaq düşmək məni depressiyaya məruz qoyar.
Amma onu fikrindən döndərmək üçün cəhdlərimdən əl çəkmirəm.
Ümidvaram məni başa düşəcək".
Söhbətimiz zamanı Günel bildirdi ki, başqa məşhurlardan fərqli
olaraq ərə gedəcəyi təqdirdə toyunun mediada işıqlandırılmasına heç
bir əngəl yaratmayacaq: "Qoy çoxları şahin olsun ki, mən,
həqiqətən, ərə gedib, ailə quracağam.
Özüm də daxil olmaqla Allah-Təaladan bütün qızlarımıza xoşbəxt ailə
həyatı arzulayıram".