Rusiyada uşaq evi boşaldıldı

18 İyul 2018 14:00 (UTC+04:00)

Sankt-Peterburqda Kurlyandski küçəsində yerləşən uşaq evindən 53 uşaq və 10 əməkdaş təxliyə edilib.

Movqe.az Trend-ə istinadən bildirir ki, təxliyə binada qısaqapanmadan sonra aparılıb.

 

Bildirilir ki, qısaqapanma yanğınla nəticələnməyib. Bununla belə zəngdən dərhal sonra hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və təxliyə aparılıb.