Şəmkirdə 6 otaqlı ev yanıb

18 İyul 2018 16:57 (UTC+04:00)

Şəmkirdə gündüz saatlarında yanğın faktı qeydə alınıb.

Movqe.az-a FHN-dən verilən məlumata görə, rayonunun Xuluf kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 300 m² olan bitişik tikilmiş talvar yanıb. Məlumata görə, bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​