Dolların bu günə olan məzənnəsi

19 İyul 2018 10:22 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 19 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, iyulun 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9801 manat təşkil edir.

1 türk lirəsi 0,3533 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6924 manatdır.