Bu il Azərbaycana könüllü qayıdan azərbaycanlıların sayı açıqlanıb

19 İyul 2018 12:20 (UTC+04:00)

Bu il Azərbaycana könüllü qayıdan azərbaycanlıların sayı açıqlanıb. 

"Report"un məlumatına görə, Dövlət Miq­r­asiya Xidmətinin rə­is­i Vüsal Hüseynov bu ilin ilk yarısının yekunları­na həsr olunmuş tədbi­rdə bildirib ki, hesabat dövründə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmisiyası ilə bağlı 640 şəxs barədə 322 sorğu daxil olub: "Bu il Azərbaycanın 206 vətəndaşının readmisiyası, yəni ölkəyə qayıtması həyata keçirilib".