Xəzərin Sumqayıt hissəsində boğulan 25 yaşlı oğlanın meyiti tapılıb

19 İyul 2018 12:50 (UTC+04:00)

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 25 yaşlı oğlanın meyiti tapılıb.

FHN-dən "Report"a bildirilib ki, iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb.
F.Fərzəliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.