Dənizdə batan 25 yaşlı gəncin meyiti tapıldı

19 İyul 2018 14:59 (UTC+04:00)

Dünən axşam saatlarında dənizdə batan 25 yaşlı gəncin meyiti tapılıb.
 
Movqe.az-ın FHN-in saytına istinadən məlumatına görə, dünən Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatmışdır. F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.