I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının İZAHI

20 İyul 2018 09:45 (UTC+04:00)

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahı verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Movqe.az-a verilən məlumata görə, Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər iyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları və onların izahını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

 

Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/

 

Zülfiyyə QULUYEVA