Ukraynada qəza: 5 nəfər öldü, 12 nəfər yaralandı

20 İyul 2018 10:44 (UTC+04:00)

Ukraynanın Nikolayevsk vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Movqe.az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Kiyev-Odessa avtomobil yolunda baş verib. Belarus dövlət nömrə nişanlı "Volkswagen" yolun sağ hissəsində dayanmış nasaz yük avtomobilinə çarpılıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişin ölüb. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

 

Qəzanın səbəbi araşdırılır.