Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub

20 İyul 2018 10:48 (UTC+04:00)

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb.

Movqe.az AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı.

Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirdi.