Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub

20 İyul 2018 11:47 (UTC+04:00)

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

 Movqe.az AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.