İstanbulda "əsrin qarəti"

23 İyul 2018 11:12 (UTC+04:00)

Bu gün səhər İstanbulun Fatih rayonunda naməlum silahlı şəxslər yerli banklardan birinin şöbəsini qarət ediblər.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə şöbədən 150 min ABŞ dollarının oğurlandığı bildirilir.

Yerli KİV-lər bu oğurluq faktının müasir İstanbul tarixində ən böyük qarətlərdən biri olduğunu yazır.

 

Cinayətkarların axtarışı davam edir.

Digər təfərrüatlar barədə məlumat verilmir.